Çərşənbə , Avqust 26 2026
azfa

Azərbaycan türkcəsinin tədrisi və rəsmi dil statusu qazanması tələbilə Təbrizdə şüarlar yazıldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar 1 mehr Güney Azərbaycanda dərslərin fars dilində başlanması və mənəvi soyqırımın başlanğıcı günü olması səbəbilə Azərbaycan türkcəsinin Güney Azərbaycanda tədrisi və ümumölkə üzrə rəsmi dili statusu qazandırılması tələbilə Təbrizdə geniş şəkildə şüarlar yazdılar.

Azərbaycanlı fəallar o cümlədən “Azərbaycan türkcəsi rəsmi olsun”, Türk dilində mədrəsə- olmalıdır hər kəsə”, “15-ci maddə icra edilsin”, “Hanı mənim ana dilim” və s. şüarlar yazılmış banner və kağızları şəhərin müxtəlif yerlərinə yapışdırıblar.

Beləliklə Azərbaycanlı fəallar Azərbaycan türkcəsinin məktəb və Universitetlərdə tədrisini və ölkədə rəsmi dil statusu qazanmasını tələb ediblər.

Həmçinin yoxlayın

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …

Təbrizin güləş üzrə Traxtur komandası qələbə qazanıb

GADTB: Təbrizin Traxtur güləş komandası güləş üzrə birinci divizion yarışlarının ilk mərhələsinin qalibi olub. Traxtur …

Bir cavab yazın