Çərşənbə axşamı , İyun 17 2025
azfa

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ərzurumda “Azərbaycan bulvarı” açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Ərzurum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə təşkil edilən silsilə tədbirlər başa çatıb.

Tədbirlərin ikinci günündə Ərzurumun mərkəzində “Azərbaycan bulvarı”nın, “Nuru Paşa bağı”nın və “Yüzüncü il qəhrəmanları” abidəsinin açılışı olub. “Yüzüncü il qəhrəmanları” abidəsi 1918-ci ildə Bakının azad olunmasında misilsiz xidmətləri olmuş Nuru Paşa və Mürsəl Paşa, o cümlədən Naxçıvanın xilasında böyük rəşadət göstərmiş Kazım Qarabəkir Paşa və erməni silahlı dəstələri ilə mübarizə aparmış, Azərbaycandan Ərzuruma yardıma gəlmiş gəncəli Seyidovun adını əbədiləşdirən xatirə kompleksidir.

Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Türkiyə Böyük Millət Məclisinin üzvləri İbrahim Aydəmir və Mustafa İlıcalı, Avrasiya İqtisadi Əlaqələr Cəmiyyətinin (Eko Avrasiya) sədri Hikmət Eren və Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban iki ölkənin tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsinin onların xilaskarlıq missiyasının yeni nəsillərə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Qeyd olunub ki, ötən əsrin əvvəlində xalqlarımıza qarşı amansız soyqırımları törədən erməni silahlılarının zərərsizləşdirilməsi istiqamətində soydaşlarımızın göstərdikləri birlik və həmrəylik nəsillərə örnəkdir.

Mərasim bədii proqramla davam edib.

Qeyd edək ki, iki gün davam edən tədbirlər Azərbaycanın Ankaradakı səfirliyinin, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Ərzurum şöbəsinin (TDƏD) və “Eko Avrasiya” Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri ilə bağlı konfrans təşkil edilib.

Həmçinin yoxlayın

Azərbaycanın İsraildən Güney Azərbaycanda yaşayış məskənlərini hədəf almamağı istədiyi bildirilir

GADTB: İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük …

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə keçirir

GADTB: Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın “Xəzər küləyi – 2025” birgə hərbi təlimləri başlayıb. …

Bir cavab yazın