Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycanlı fəal Cavad Əhmədi Yekanlını həbs etmək üçün rejim yalan ittihamla dosya quraşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Xoy şəhərindəki Kiber Cinayətləri Polisi azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlıya qarşı yalan ittihamla dosya quraşdırmaq və həbs etmək məqsədilə onu polis idarəsinə çağırıb.

Rejimin polis məmurları iyulun 20-də Əhmədi Yekanlının anası ilə telefon əlaqəsi saxlayaraq azərbaycanlı fəalı polis bölməsinə çağırıblar.

Məsələni aydınlaşdırmaq üçün bölməyə gedən Əhmədi Yekanlıya deyiblər ki, özünüzü çağırsaydıq gəlməyə bilərdiniz, ona görə ananız vasitəsilə çağırdıq.

Azərbaycanlı milli fəal sorğu-sual edildikdən sonra “Qarabağa dəstək aksiyasına çağırış etməklə rejimə qarşı təbliğat aparmaq”da ittiham irəli sürülmüş və rejimin Xoydakı İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə aparılıb.

Azərbaycanlı fəal Əhmədi Yekanlınin zaminə buraxılması üçün isə 20 milyon tümənli mülki vəsiqə təyin edilib.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, …

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …

Bir cavab yazın