Çərşənbə axşamı , İyul 28 2026
azfa

Azərbaycanlı fəal Melika Qaragözlü universitetin inzibati komitəsinə çağırldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Əllamə Təbatəbayi Universitetində jurnalistika fakültəsinin öyrəncisi azərbaycanlı öyrənci fəalı Melika Qaragözlü bu gün mayın 30-da universitetin inzibati komitəsinə çağırılıb.

Qaragözlü bu gün sosial şəbəkələrdə yaydığı məlumatda bildirib ki, o, universitetin inzibati komitəsi tərəfindən tələbələrin qanunsuz toplantısına qatılmaqda və hicaba riayət etməməkdə günahlandırılıb: “Mənə zəng edib dedilər ki, Əllamə Təbatəbayi Universiteti öyrəncilərinin qanunsuz toplantısına qatıldığıma və hicab qaydalarına riayət etmədiyimə görə inzibati komitəyə gedib ifadə verməliyəm. Mən isə öyrəncilərin toplantısında iştirak etmədiyimi bildirsəm də, dedilər ki, öyrəncilərin əvvəlki toplantılarına qatıldığın üçün inzibati komitəyə gəlib ifadə verməlisən”.

Qeyd edək ki, Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də  600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Bir cavab yazın