Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanlı fəallar Darülşəfa qardaşlarının həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin məmurlarının azərbaycanlı öyrənci Yaşar Darülşəfanı yaxalamasından 39 gün, qardaşı Kavənin yaxalanmasından isə 35 gün keçir. Azərbaycanlı fəallar hələ də Tehranın Evin zindanının ETTELAAT Nazirliyinə məxsus 209-cu bölməsində işgəncə altımda saxlanmaqdadırlar.

Jurnalist və tərcüməçi Bəhmən Darülşəfayi bu barədə Twitter səhifəsində yazıb: “Yaşar 5 həftə, Kavə isə bir ay öncə yaxalanıb. Onların ikisi də ysxalandıqları gün telefon əlaqəsi saxlayaraq Evin zindanının 209-cu bölməsində ETTELAAT Nazirliyinin nəzarəti olduqlarını bildiriblər. Onlar həmçinin son günlərdə zəng edərək normal vəziyyətdə olduqlarını qeyd ediblər. Onların ikisi də bir-birindən xəbərsiz saxlanılıb.”

Qeyd edək ki, Yaşar Darülşəfa noyabrın 21-də dostunun evində rejimin 20 nəfər təhlükəsizlik məmurunun vəhşicəsinə hücumu ilə yaxalanıb. O tutulduqdan sonra məmurları fəalın evində axtarış aparıb, bəzi əşyalarını müsadirə ediblər.

Rejimin Evin zindanında həbs etdiyi öyrənci yaxalandıqdan 2 gün əvvəl qəza keçirərək ayaq və bel nahiyyəsindən xəsarət alıb.

Yaşar Darülşəfa 2016-cı il noyabr ayında 5 illik həbs cəzasının 4 il 2 ayını çəkdikdən sonra şərti olaraq Evin zindanından sərbəst buraxılmışdı.

Kavə Darülşəfa isə noyabrın 25-də öz evində rejimin ETTELAAT məmurları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu bölməsinə aparılıb. O bundan əvvəl qardaşı Yaşara qarşı edilən kobud rəftar və Evin zindanının “Qara cümə axşamı” adı ilə tanınan 350-ci bəndində saxlanılan digər məhbuslara edilən təzyiqlərə etiraz olaraq keçirilən yığıncaqla bağlı yaxalanıb, Evin Zindanında 15 gün saxlandıqdan sonra sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın