Bazar ertəsi , İyun 15 2026
azfa

Azərbaycanlı fəallar Heyran gədiyinin Azərbaycandan qopardılması cəhdinə Ərdəbil millət vəkillərinin susmasına etiraz ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin Heyran gədiyini Azərbaycandan qopararaq Gilana birləşdirmə cəhdinə Azərbaycan türk millətinin etirazları davam edir. Azərbaycanlı milli-mədəni fəallar rejim tərəfindən bu məqsədlə quraşdırılan tabloları dağıdandan sonra Ərdəbilin üç millət vəkili- Məhəmməd Feyzi, Rza Kərimi və Südeyf Bədrinin sosial şəbəkələrdəki səhifələrində onların bu məsələyə susmasına etiraz dolu şərhlər yazıblar.

Azərbaycanlı milli-mədəni fəallar hətta Xamneyinin Ərdəbildəki nümayəndəsi Amilinin də instagram səhifəsinə çoxsaylı şərhlərlə Heyran gədiyinin Azərbaycandan qopardılması cəhdinə öz etirazlarını bildiriblər.

Qeyd edək ki, irqçi fars rejimi Azərbaycanın bir sıra şəhərlərini, o cümlədən Astara, Həşpər, Rizvanşəhr və Ənzəlini də Azərbaycandan qopardaraq Gilan vilayətinə birləşdirib. Azərbaycanlı fəallar həmin şəhərlərin də Azərbaycan vilayətlərinə qaytarılmasını tələb ediblər.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın