Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycanlı fəalların həbs cəzası pul cəriməsi ilə dəyişdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Milad Əkbəri, Əkbər Cahangiri və Murtaza Pərvin irqçi fars rejimin Kəleybərdə yerləşən məhkəməsində mühakimə ediliblər.

Həmin üç azərbaycanlı fəal barədə heç bir günahları olmadan rejimin məhkəməsi qiyabi şəkildə 4 ay həbs və 40 şallaq zərbəsi qərarı çıxarmışdır. Ədalətsiz qərara etiraz edən fəallar yenidən aprel ayının 4-də mühakimə olunublar. Onlar  məhkəmənin iclasında iştirak edərək müdafiə mətnlərini türk dilində hazırlayıb hakimə təqdim ediblər. Buna ilk öncə qarşı çıxan hakim, fəalların israrına tabe olmağa məcbur qalıb və türk dilində yazılmış mətni qəbul edib.

“Babək qalasında qanunsuz toplaşmaq və qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi asayişi pozmaq” kimi saxta ittihamla mühakimə edilən fəallara 4 ay həbs və 40 şallaq zərbəsi qərarı çıxarılmışdır. Lakin son məhkəmə iclasının qərarına əsasən fəalların hər biri 18 milyon rial ödəyərsə, həbs cəzası cərimə cəzası ilə əvəzlənəcək. Əks halda fəalların hər biri 4 ay müddətinə həbs olunmalıdır.

 

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın