Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycanlı gənc Əşkan Hilali bir il həbs cəzasına məhkum edilib

GADTB: Azərbaycan türkü Əşkan Hilali Qorvan Əcəbşir şəhər İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə həbs cəzasına məhkum edilib.

Azərbaycanlı gənc 1404-cü ilin dey ayında keçirilən etirazlar zamanı saxlanılmışdı. Əcəbşir şəhər İnqilab Məhkəməsi onu “ictimai asayiş və təhlükəsizliyi pozmaq, müqəddəsləri və məmurları təhqir etmək, İran İslam Respublikası rejiminə qarşı təbliğat aparmaq” ittihamları ilə təqsirləndirib.

Məhkəmə Əcəbşir şəhərinin Polis Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin hesabatına və onun “Instagram” səhifəsində yayımladığı materialların surətlərinə əsaslanaraq Əşkan Hilalini 6-cı dərəcəli həbs cəzasına məhkum edib.

Apellyasiya məhkəməsi də çıxarılan hökmü dəyişiklik etmədən təsdiqləyib.

Qeyd edək ki, Əşkan Hilali Şərqi Azərbaycanın Əcəbşir rayonundandır və mühasibatlıq üzrə doktorluq dərəcəsinə malikdir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …