Çərşənbə , Avqust 26 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Əmir İbrahimlu yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəal Əmir İbrahimlu yanvar ayının 17-də Urmiyədə bu şəhərin “Şəhrdari” voleybol komandası ilə Amolun “Kale” komandasının yarışında yaxalanmışdır.

Əmir İbrahimlu təhlükəsizlik qüvvələri tərəfindən saxlandıqdan sonra Polis İdarəsinin 14-cü bölməsinə aparılmışdır.

Azərbaycanlı fəal 24 saat saxlandıqdan sonra Urmiyənin İnqilab Məhkəməsinə köçürülüb. Məhkəmədə “komanda tərəfdarlarını təhrik etməklə ümumi asayişi pozmaq”da ittiham edilərək, yanvarın 18-də 15 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq zaminə buraxılıb.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …

Bir cavab yazın