Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycanlı siyasi məhbus dr.Lətif Həsəni rejim tərəfindən təzyiqlərə məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim 9 il həbsə məhkum etdiyi azərbaycanlı siyasi məhəhbus dr.Lətif Həsəniyə qarşı təzyiq göstərməkdədir.

Məlumata görə, azərbaycanlı siyasi məhbus keçən il yaydan məcburi şəkildə Rəcaişəhr həbsxanasının 10-cü bəndinə köçürülüb və hər gün müxtəlif təzyiqlərlə qarşılaşır.

Hazırda isə həbsxananın dağlıq ərazidə yerləşməsi və kəskin soyuqların düşməsinə baxmayaraq fəala isti geyim və qızdırıcı vasitələrin verilməsinə mane olurlar. Zindanın rəisi Qulamrza Ziyainin xüsusi göstərişi ilə hətta məhbusların öz xərci ilə qızdırıcı vasitələrin alınıb gətirilməsinə də mane olurlar.

Yayda isə məhbuslara sərinləşdirici vasitələrdən istifadə qadağan edilib.

Siyasi məhbuslara verilən qida da olduqca keyfiyyətsizdir və ət qətiyyən verilmir.

Siyasi məhbuslara və xüsusilə dr. Lətif Həsəninin açıq havaya çıxmasına da məhdudiyyətlər vardır və olduqca dözülməz şəraitdə saxlanılır.

Qeyd edək ki, dr. Lətif Həsəni Azərbaycan türklərinin hüquqlarını müdafiə etmək məqsədilə Yeni GAMOH Təşkilatını yaratdığı üçün rejim tərəfindən 9 il həbsə məhkum edilib.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın