Çərşənbə axşamı , İyul 28 2026
azfa

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd Təriqət İsfəncaniyə qarşı yeni ittiham aktı hazırlayıb.

Məlumata görə, vəkilə qarşı irəli sürülən yeni ittihamlar “insanları zorakılıq xarakterli əməllərə təhrik və təşviq etmək” və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” kimi göstərilib. Prokurorluq bu əsasla onun barəsində məhkəməyə verilməsi barədə qərar çıxarıb.

Qərarda Məhəmməd Təriqətin sosial şəbəkələrdəki şəxsi paylaşımları və Şərqi Azərbaycan Ədliyyə İdarəsinin Mühafizə və Kəşfiyyat Bölməsi tərəfindən hazırlanmış hesabat iş üzrə sübut kimi qeyd olunub.

Qeyd edək ki, Məhəmməd Təriqət İsfəncani bundan əvvəl də Üskü İnqilab Məhkəməsi tərəfindən “dövlət quruluşu əleyhinə təbliğat” və “ölkə rəhbərini təhqir etmək” ittihamları ilə ümumilikdə 3 il həbs cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …