Çərşənbə , Fevral 12 2025
azfa

Azəriha saytı yalan iddialarla Azərbaycan Respublikasını hədəf aldı

 

GADTB-nin mətbuat mərkəzinin İran təhlükəsizlik orqanlarına bağlı “Azəriha” saytına istinadla yaydığı məlumata görə, Londonda yaşayan ərəb yazıçı, tərcüməçisi və fəalı Yusif Əzizi Bənitorofun öz şəxsi təşəbbüsü ilə Bakıya səfəri, eləcə də yazıçı və Ərəb ədəbiyyatının tərcüməəçisi kimi yazıçılar və ərəbşünaslarla görüşməsini, ədəbi və mədəni sahələrdə fikir mübadiləsi aparmasını Azərbaycan dövlətinin təxribatı kimi qələmə verib.

“Azəriha” saytı Azərbaycan dövlətini London vətəndaşı olan və rəsmi şəkildə heç bir cinayətdə günahlandırılmayan bir şəxsə viza verilməsini tənqid edərək, onun Azərbaycan Yazıçılar Birliyində bir sıra yazıçılarla görüş keçirməsi səbəbilə Azərbaycan dövlətini ciddi tənqid atəşinə tutub.

“Azəriha” həmçinin qərəzli şəkildə Azərbaycan Respublikasının prezidentinin İrana səfəri zamanı Mübariz Qurbanlının Riyaza səfəri və Bənitorofun Bakıya səfərini Azərbaycan Respublikasının anti-İran siyasətini kimi dəyərləndirib və hədələyib ki, Azərbaycan Respublikasının bu işləri cavabsız qalmayacaq.

Qeyd edək ki, İranın “Azəriha” kimi İran təhlükəsizlik orqanlarına bağlı olan sayt və digər mətbuat orqanları qərəzli şəkildə hətta şəxsi təşəbbüsü və siyasi hərəkət hesab edilməyən mədəni görüşləri də Azərbaycan dövlətinin İran dövlətinə qarşı hərəkəti kimi qələmə verərək, həqiqətən də dövlətlərarası münasibətləri hədəf aldığını sübut edir.

Həmçinin yoxlayın

Urmiya zindanında həbsdə olan azərbaycanlı siyasi fəal aclıq aksiyasını davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Beheşti Univetsitetinin Kompüter Elmləri Fakültəsinin magistr tələbəsi …

İran mediası Azərbaycanda talış dilinin zəifləməsi bəhanəsi ilə ölkənin daxili işlərinə qarışır

GADTB: IRNA xəbər verir ki, “Azərbaycanın talış dilinin qrammatikası və şimal ləhcəsi” adlı kitabın iranlı …