Bazar ertəsi , Avqust 24 2026
azfa

Bəsrə də muxtariyyət istəyir, lakin türkmənlər hələ də zülmə susur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 3 həftədir ki, iğtişaşların fasilə vermədiyi Bəsrə vilayətinin şurası İraq mərkəzi hökumətindən muxtar idarəçilik istəyəcək. Bu sözləri şuranın nümayəndəsi Vəlid Kaytan deyib.

O, bununla bağlı deputat səslərinin yığıldığını bildirib:

“15 deputat regionun muxtariyyəti ilə bağlı tələb irəli sürüb. Qanuna görə isə bunun üçün sadəcə 12 səs lazımdır. Şura Nazirlər Kabinetinin yaradılması ilə bağlı məktub ünvanlayacaq və 15 gün sonra Seçki Komissiyasının yaradılmasını istəyəcək. 3 ay müddətində də referendumun vaxtı təyin ediləcək”.

Kaytan həlledici qərarın yerli sakinlər tərəfindən veriləcəyini deyib.

Qeyd edək ki, Bəsrə də daxil olmaqla bir sıra iri şəhərlərdə kütləvi aksiyalar səngimir.

Sonrada iğtişaşa çevrilən aksiyalarda xeyli ölənlərin olduğu məlumdur.

İraqda ikinci ən böyük etnik qrup olan türkmənlər isə kürdlərin və İraq dövlətinin hələ də zülmünə dözərək öz müqəddəratını təyin etməyə cəhd göstərmir. Ona görə də ərazisi bir tərəfdən kürdləşdirilir, digər tərəfdən isə ərəbləşdirilərək məhv edilir.

Həmçinin yoxlayın

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi …

Bir cavab yazın