Şənbə , Avqust 8 2026
azfa

BMT Baş Assambleyasından İranda insan haqlarının pozulmasını pisləyən qətnamə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib.

Baş Assambleyasının iclasında 78 lehinə, 31 əleyhinə və 69 bitərəf səslə İranda insan haqlarının pozulmasını pisləyən qətnamə təbul edilib. Həmin qətnamənin qəbul edilməsi ilə İranın insan haqları dosyesi bir il daha açıq qalacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının üçüncü komitəsi İrana qarşı qətnamənin layihəsini daha öncə noyabr ayında qəbul edib.

Qətnamə İranda insan haqlarının vəziyyətindən narahatlığını ifadə edərək İrandan tələb edir ki, çox sayda edam cəzaları, o cümlədən uşaqların edam edilməsi və zindanların şəraitinin yaxşılaşdırılması məsələsinə baxılsın, habelə real həyatda və ictimai şəbəkələrdə söz və toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər aradan qaldırılsın.

Eyni zamanda Kanada da İranda insan haqlarının geniş və sistematik şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) sayın Ata beyin əziz anasının vəfatı münasibəti ilə başsağlığı mesajı yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilat məsulu …

Müctəba Xameneyinin səhhətinin pisləşdiyi barədə məlumat yayılıb

GADTB: İran Wire nəşri İran prezidenti Məsud Pezeşkian hökumətinə yaxın olduğu bildirilən iki mənbəyə istinadən …