Çərşənbə axşamı , Sentyabr 28 2021
azfa

Bu gün 31 yanvar Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

GADTB: Bu gün Azərbaycanın dövlət və ictimai xadimi Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

M.R.Rəsulzadə 135 il bundan əvvəl, 1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

  1. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Qeyd edək ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili tamam oldu. Dövlət başçısı bu münasibətlə 2018-ci ili isə “Cümhuriyyət ili” elan etmişdi.

Həmçinin yoxlayın

Fars-molla rejimindən Azərbaycana qarşı hədələr davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin daha bir deputatı Azərbaycanı Azərbaycanı hədələyib. …

Sayın Mikayil Oytanın 27 Sentyabr Anım Günü ilə bağlı bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiasiyası (AAA) prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Bir cavab yazın