Çərşənbə , Aprel 24 2024
azfa

Məqalələr

Azərbaycan və Şərqi Anadolu ərəbdilli müəlliflərin təsvirində (X – XIII əsrlər)

GADTB: Ərəbdilli mənbələr tarixi Azərbaycan torpaqlarını iki ad altında –“Arran” və “Azərbaycan” adı altında təqdim edirdilər. Lakin bir sıra hallarda onlar Arranı Azərbaycanın tərkibində vilayət kimi göstərirdilər. Ərəbdilli mənbələrə görə, Şəqri Anadolunun böyük bir hissəsi də Azərbaycan ölkəsini tərkibinə daxil idi. Beləliklə, ərəbdilli mənbələrin verdiyi məlumata əsasən belə nəticəyə gəlmək …

Ətraflı oxu »

Mənsur Rəhbəri: Timərə anım daşı

GADTB: Kaşğarlı Mahmud Böyük Türk ölkəsindən, yəni Turanın ərazisindən söz açarkən Azərbaycanın həm quzeyini, həm də güneyini bu sınırlar içərisində göstərmiş, türk şəhərləri içərisində Şabran və Qəzvinin də adını çəkmişdir. Bu dahi alim Tehrandan cənubda yerləşən Qum şəhərini Türk ölkəsinin ən cənub şəhri olduğunu da xüsusi vurğulamışdır. Fəqət bu fikirlər  …

Ətraflı oxu »

Yeganə Hacıyeva: 1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi

GADTB: XX əsrdə Cənubi Azərbaycanda baş verən milli-demokratik hərəkatların məğlubiyyətə uğramasının əsas səbəblərindən biri də böyük dövlətlərin çoxşaxəli maraqları və ikili siyasəti olmuşdur. Qafqaz və Orta Şərqdə birmənalı nüfuz sahibinə çevrilməyi qarşısına məqsəd qoyan böyük dövlətlərin (ABŞ, Rusiya və s.) “İran problemi”nin həllində Cənubi Azərbaycan məsələsindən İrana təzyiq vasitəsi kimi …

Ətraflı oxu »

1918-ci ildə Cənubi Azərbaycanda soyqırım törədən erməni-aysor dəstələrinin kürdlərlə birləşmə cəhdləri və onun nəticələri

GADTB: Ermənilər 1918-ci ildə türklərin yaşadığı Osmanlı dövlətinin şərq hissəsi və tarixi Azərbaycan (Cənubi və Şimali Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoyublar. Bunda məqsəd isə Xəzər dənizi sahillərindən Cənubi və Şimali Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan …

Ətraflı oxu »

Sülh danışıqlarının gedişində və Türkmənçay müqaviləsinin bağlanmasında Böyük Britaniyanın rolu ( İkinci hissə )

GADTB: (IX maddə). (6, с.218-219) X və XI maddələr konsul və diplomatik münasibətlərin yaradılması məsələlərinə həsr edilmişdi. XII maddəyə görə qarşı dövlətin ərazisində mülkiyyəti olan hər iki dövlətin vətəndaşları 3 il ərzində həmin mülkiyyəti azad şəkildə satmaq və ya dəyişmək hüququna malik idiləri . XIII maddəyə əsasən, “hər iki tərəfin …

Ətraflı oxu »

Sülh danışıqlarının gedişində və Türkmənçay müqaviləsinin bağlanmasında Böyük Britaniyanın rolu ( Birinci hissə )

GADTB: Qacarlar İranı ilə Rusiya arasında sərhəd xəttinin müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqların pozulması və iki dövlət arasında hərbi əməliyyatların başlanması İkinci Rusiya-İran müharibəsinə gətirib çıxardı. Hərbi əməliyyatların başlanma tarixi kimi 16 iyun 1826-cı il götürülür. Məhz həmin gün İrəvan sərdarı Hüseynqulu xanın rusları Baş Aparandan çıxarmaq üçün ilk cəhd …

Ətraflı oxu »

Fəzlullah Rəşidəddin və onun Elxanilər zamanı təhsilin inkişafında rolu

GADTB: Elxanilər dövründə elmin yüksək səviyyədə inkişaf etməsi onu sübut edir ki, bu dövrdə təhsilə çox böyük önəm verilmiş, təhsil müəssisələri yüksək səviyyədə inkişaf etmişdir. Heç şübhəsiz ki, istər elmin, istərsə də təhsilin inkişafında həm elm xadimlərinin rolu olmuşdur, həm də Elxani rəhbərləri təhsil və elmin inkişafına yönəlik bir sıra …

Ətraflı oxu »

Məhəmməd Əmin Rəsulzadə yaradıcılığında Cənubi Azərbaycan mövzusu

GADTB: Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə XX əsr tariximizdə şanlı səhifə açan, Şərqdə ilk Demokratik Cümhuriyyətin 100 illik yubileyi ölkəmizin bütün bölgələrində qeyd olunur. Bu unudulmaz tarixin ən böyük önəmi ondadır ki, o, Yaxın və Orta Şərqdə Azərbaycanı müstəqil, demokratik, suveren bir dövlət kimi dünyaya tanıtdırmış oldu. Buna …

Ətraflı oxu »

Turxan Gəncəyi: İsfahandakı Səfəvi sarayında türk dilinin mövqeyi

GADTB: Şah İsmayıl Səfəvi 907-ci (1501-ci) ildə Naxçıvan yaxınlığındakı Şərurda Ağqoyunlu Əlvənd Mirzəyə qalib gəldikdən sonra Səfəvilər dövlətinin əsasını qoydu və Təbrizi paytaxt etdi. Şah İsmayılın oğlu və xələfi Şah Təhmasib, görünür, osmanlıların təzyiqi və həmlələri ucbatından 962-ci (1555-ci) ildə paytaxtı Qəzvinə köçürdü.

Ətraflı oxu »

Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçivanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi

GADTB: Azərbaycanda 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik qüvvələri tərəfindən həyata keçirilən soyqırımlar son illərdə kifayət qədər araşdırılsa da, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) parlamentində soyqırım cinayətləri ilə bağlı müzakirə olunan məsələlər üzə çıxarılmamış və belə demək mümkünsə, diqqətdən kənarda qalmışdır. Qeyd etmək lazımdır ki, hələ Gəncədə ikən milli hökumət bu …

Ətraflı oxu »