Çərşənbə , Mart 12 2025
azfa

Xəbərlər

Əsədin Türkiyəyə qarşı planı uzun müddət sonra ifşa edildi

GADTB: Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Türkiyəyə qarşı planı illər sonra üzə çıxıb. Suriyanın keçmiş baş naziri Riyad Fərid Hicab 2012-ci ildə qoşunların Türkiyə sərhədindən çıxarılmasından sonra Əsədlə məsələ ilə bağlı uzun sürən görüşünün təfərrüatlarını ilk dəfə açıqlayıb. Əsədin Türkiyəyə qarşı PKK/YPG terror təşkilatı ilə əməkdaşlıq etdiyini etiraf edən Hicab …

Ətraflı oxu »

Çin İrana raket yanacağı göndərməkdədir

GADTB: “Financial Times” qəzeti iki Qərb ölkəsinin təhlükəsizlik mənbəsinə istinadən yazıb ki, raket yanacağı xammalı daşıyan iki İran yük gəmisi yaxın bir neçə gün ərzində Çindən İrana yola düşəcək. Bildirilib ki, İranın “Qolbən” və “Ceyran” gəmilərinin min tondan çox natrium perxlorat daşıması gözlənilir. Qəzetdə bildirilib ki, gəminin yükləri SEPAH-a çatıdırılacaq. …

Ətraflı oxu »

BMT-nin baş katibi: “İran açıq şəkildə nüvə silahı yaratmaq niyyətində olmadığını açıqlamalıdır”

GADTB: Dünən BMT-nin baş katibi Antonio Quterreş Davos forumunda İranın nüvə silahı əldə etməkdən açıq şəkildə imtina etməsinə çağırıb və deyib ki, Tehran region ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün ilk addımı atmalıdır. Ən mühüm məsələnin İran, İsrail və ABŞ arasındakı münasibətlər olmasına toxunan Quterreş əlavə edib: “Ümid edirəm ki, iranlılar …

Ətraflı oxu »

Aylar mübarizədən sonra azərbaycanlı ailə övladlarına Alparslan adına doğum şəhadətnaməsi ala bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aylar mübarizədən sonra azərbaycanlı ailə övladlarına Alparslan adına doğum şəhadətnaməsi ala bilib. 5 ay məhkəmə prosesləri və məhkəmə çəkişmələrindən sonra Urmiyadan ölan körpəyə türkcə Alparslan adına şəhadətnamə almaq mümkün olub. Alparslanın atası Salar Babapurun “Balamın Adı” kampaniyasına bildirdiyinə görə, Urmiya Şəhər Məhkəməsinin 11-ci …

Ətraflı oxu »

Urmiya Bələdiyyəsi Rəfsəncanın Məsi voleybol komandasınıa qalıb gəldi

GADTB: Kişilər arasında Voleybol Çempionatının iyirminci həftəsində Urmiya Bələdiyyəsi Rəfsəncanın Mis komandasına 3-1 hesabı ilə qalib gəlib. Urmiya şəhərində Azərbaycan Bələdiyyəsi və Rəfsəncanın Mis voleybol komandalarının oyununda azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndirirlər. Azərbaycanlı tərəfdarlar “Urmiyə türkdür; türk qalacaq!”, “Azərbaycan qızları, göylərin ulduzları!” və s. milli şüarlar səsləndiriblər. Video: https://t.me/GADTB1/39968

Ətraflı oxu »

Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb

GADTB: Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarların nümayəndəsi tərəfindən təsis edilmiş “Əfşar Ulduzu” Tədris Mərkəzi açılıb. Azərbaycan Respublikasının Əfqanıstandakı səfirliyi bu barədə məlumat yayıb. Qeyd edilib ki, mərkəz əfşarların milli mədəni irsinin qorunub saxlanılması, Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədi ilə yaradılıb. Kabil …

Ətraflı oxu »

İran Azərbaycan səfirliyinə terror hücumu edən şəxslə bağlı qərarı dəyişib

GADTB: İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqləyib. Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib. Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını icra şöbəsinə artıq təqdim edib. İran qanunlarına görə, hökm …

Ətraflı oxu »

Urmiyaya təyin edilmiş kürd merin istefası xəbəri yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərinə təyin edilmiş kürd merin istefası xəbəri yayılıb. Kürd mer Hüseyn Mehdizadənin istefa məktubunu Şəhər Şurasına göndərdiyi bildirilib. Urmiya Şəhər Şurasının sədri Məhəmməd Xəlilpur bildirib ki, mer yanvarın 21-də istefası ilə bağlı Şəhər Şurasına rəsmi məktub göndərdiyini bildirib. Xəlilpur, Hüseyn …

Ətraflı oxu »

Molla rejimi Türkiyəyə qarşı yeni televizya kanalı açdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Türkiyəyə qarşı yeni televizya kanalı açıb Türkiyənin TRT televizyasının fars bölməsinin açılışından az müddət sonra İranın dövlət Televizya və Radio Şirkəti “PressTV”nin türkcə bölməsini yaradıb. Məlumata görə, yeni kanal Türkiyə türkcəsində informasiya və verilişlər yayacaq. Qeyd edək ki, 2024-cü ilin …

Ətraflı oxu »

Molla rejimin məhkəməsi Yusif Karini onun zaminə buraxılması üçün girov qoyulan vəsiqəni zəbt etməklə hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məhkəməsi Yusif Karini onun zaminə buraxılması üçün girov qoyulan vəsiqəni zəbt etməklə hədələyib. Molla rejimin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 10-cu İstintaq şöbəsinin son günlər dəfələrlə Vədud Səadətiyə zəng edərək ona xəbərdarlıq edib ki, əgər Yusif Kari məhkəmə iclasına (dindirilməyə) …

Ətraflı oxu »