Çərşənbə , Oktyabr 28 2026
azfa

Çin uyğur türklərini izləmək üçün xarici ölkələrə haker hücumu etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin uyğurların izlənilməsi üçün bəzi ölkələrin rabitə sistemlərinə hücum edib.

 “Röyter” bu barədə məlumat yayıb.

“Çin hökumətinə çalışan Hakerlər Mərkəzi və Cənub-Şərqi Asiyadakı uyğur turistlərin izlənilməsi üçün telekommunikasiya şəbəkələrini sındırıblar. Kampaniya çərçivəsində fərqli Çin haker qrupları Türkiyə, Qazaxıstan, Hindistan, Tailand və Malayziyanın rabitə operatorlarını təhdid altında qoyublar”, – deyə agentlik bildirib.

Agentliyə danışan bir sıra hüquq müdafiəçiləri hücuma məruz qalan ölkələrin daha çox uyğurlar tərəfindən Türkiyəyə gediş üçün tranzit olaraq istifadə edildiyini deyib.

Həmçinin yoxlayın

Azərbaycanlı tələbə Günəş Fateh bir aylıq həbsdən sonra 6 milyard tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Sulduzdan olan 21 yaşlı azərbaycanlı tələbə, Urmiya sakini Günəş Fateh təxminən bir aylıq həbs …

Mehrdad Qadirinin Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülməsi

GADTB: Azərbaycanlı fəal Mehrdad Qadiri oktyabrın 29-da, çərşənbə günü səhər tezdən Təbrizdəki iş yerinə molla …

Bir cavab yazın