Çərşənbə , Fevral 12 2025
azfa

Diktatorların himayədarları Rusiyanın idmanı da dopinqləşib

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, dünyada quldurluq edən, qoşu ölkələrdə münaqişə yaratmaqla istismarçı siyasətini davam etdirən, eləcə də dünyada diktatorları himayə edən Rusiyanın idmanı da ədalətdən, düzlükdən uzaqdır. Artıq Rusiya idmançıları dopinq məsələsinə görə, cərimələnib.

Məlumata görə, Rusiya anti-dopinq qaydalarının pozulması hallarının araşdırılmasına çəkilmiş xərclərin ödənilməsi üçün Müstəqil Anti-dopinq Komissiyasına (ITA) 15 mln. dollar ödəməlidir. Müvafiq qərar Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında qəbul edilib.

Həmçinin Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxönçan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub.

Məlumata görə, Oyunlarda olimpiya bayrağı altında yalnız “təmiz” (doppinq qalmaqalında adları hallanmayan) rusiyalı idmançılar iştirak edə biləcək.

Məlumatda qeyd olunub ki, Rusiya bayrağı, “Rusiya” yazısı daxil olmaqla, bu ölkəyə dair istənilən atributun nümayiş etdirilməsi qadağan olunub. Bundan başqa, rusiyalı idmançılara dövlət himnini səsləndirməyə qadağa qoyulub.

BOK-un relizində qeyd olunur ki, rusiyalılar rəsmi olaraq “Rusiyadan gəlmiş olimpiya idmançıları” kimi təqdim edilə bilərlər: “Onlar üzərində bu sözlər yazılmış geyimdə və Olimpiya bayrağı altında çıxış edə bilərlər. Mərasimlərdə isə, Rusiyanın yox, Olimpiadanın himni səsləndiriləcək”, – deyə məlumatda bildirilir.

Rusiyan İdman Nazirliyinin heç bir nümayəndəsi Olimpiadada akkreditasiya edilməyib.

Vitse-prezident, sabiq idman naziri gələcəkdə bütün Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırılıb. Eyni qərar onun müavini Yuri Naqornıx barəsində də çıxarılıb.

Rusiya Olimpiya Komitəsinin sabiq rəhbəri Dmitri Çernışenko “Pekin-2022” Əlaqələndirmə Komitəsində iştirakdan kənarlaşdırılıb.

Rusiya Olimpiya Komitəsinin hazırkı rəhbəri Aleksandr Jukov BOK-dan uzaqlaşdırılıb.

BOK-un İcraiyyə Komitəsinin Lozannada keçirilən iclası zamanı iki komissiya rəhbərinin hesabatı dinlənilib. Onlardan biri Olimpiada-2014-də iştirak etmiş rusiyalı idmançıların doppinq testlərinin təkrar yoxlanılması ilə məşğul olub. Bu komissiyanın fəaliyyəti nəticəsində Rusiya Soçi Olimpiadasında əldə etdiyi 33 medaldan 11-dən məhrum edilib və nəticədə, medal hesabında birinciliyi itirib.

İkinci komissiya isə Rusiya hakimiyyətinin dövlət antidoppinq  sisteminin işinə müdaxilə etməsini araşdırıb.

Həmçinin yoxlayın

Urmiya zindanında həbsdə olan azərbaycanlı siyasi fəal aclıq aksiyasını davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Beheşti Univetsitetinin Kompüter Elmləri Fakültəsinin magistr tələbəsi …

İran mediası Azərbaycanda talış dilinin zəifləməsi bəhanəsi ilə ölkənin daxili işlərinə qarışır

GADTB: IRNA xəbər verir ki, “Azərbaycanın talış dilinin qrammatikası və şimal ləhcəsi” adlı kitabın iranlı …

Bir cavab yazın