Bazar , Oktyabr 11 2026
azfa

Dünyada Azərbaycan ordusuna dəstək aksiyaları davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Türkiyənin Iğdır şəhəri, ABŞ-ın Vaşinqton şəhəri və digər şəhərlərdə Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.

Dünən isə İstanbul, Antaliya, Vaşinqton və digər şəhərlərdə Güney Azərbaycandan olan fəalların da iştirakı ilə Azərbaycana dəstək aksiyaları keçirilmişdir.

ABŞ-ın müxtəlif ştatlarında yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etiraz edirlər.

Soydaşlarımız əllərində Azərbaycan və ABŞ bayraqları, ingilis dilində şüarlar yazılmış və şəhidlərin rəsmi olan plakatlarla səfirliyin binasına doğru yürüş keçiriblər. Onlar “Qarabağ Azərbaycanındır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “General Həşimov!”, “Stop Armenian agression!” və s. şüarlar səsləndirirlər.

İstanbu-Orduya dəstək aksiyası-Azərbaycan bir olsun mərkəzi Təbriz olsun

Publicerat av Ali Huseyn Söndag 19 juli 2020

Həmçinin yoxlayın

Siyamək Mirzai girov müqabilində Ərdəbil həbsxanasından azadlığa buraxılıb

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzai 2026-cı il oktyabrın 10-da, şənbə günü, 10 milyard tümən girov …

Tehranın şimal-şərqində İranın nüvə silahları proqramı ilə əlaqələndirilən “Minzadehi” kompleksində yeni tikinti işləri aşkarlanıb

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 2026-cı il oktyabrın 10-da, şənbə günü, Tehranın şimal-şərqində yerləşən …

Bir cavab yazın