Cümə axşamı , Noyabr 13 2025
azfa

Edam əleyhinə kampaniya genişlənir: Ehsan Fəridinin edam hökmünün ləğvi tələb olunur

GADTB: “Cənubi Azərbaycanın milli–mədəni fəalları tərəfindən edam cəzasına etiraz və Ehsan Fəridinin edam hökmünün ləğvi tələbi” ilə bağlı imza kampaniyası həm ölkə daxilində, həm də xaricdə daha geniş dəstək qazanıb. Əsas petisiyada imzaların sayı 600-ü, onlayn versiyada isə 100-dən çox imzanı keçib.

Azərbaycan türkcəsi, fars və ingilis dillərində yayımlanan bu petisiya, edam cəzasının icrasına etiraz olaraq və “insanın yaşamaq hüququnun əsas hüquq olduğu” vurğusu ilə hazırlanıb. İmzalanan mətndə BMT-nin İnsan Haqları Ümumdünya Bəyannaməsinin 3-cü maddəsinə və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 6-cı maddəsinə istinad edilərək bildirilib ki, edam nə ədalət, nə təhlükəsizlik yaradır – o, sadəcə zorakılığı təkrarlayır və cəmiyyəti ölümə öyrədir.

Bəyanatda edam cəzasının “geri dönüşü olmayan, humanist və hüquqi prinsiplərə zidd bir cəza” olduğu vurğulanır və Təbrizli türk tələbə Ehsan Fəridinin işi “mülki fəaliyyətlərə və sosial etirazlara qarşı edamdan siyasi alət kimi istifadə olunmasının nümunəsi” kimi təqdim edilir.

Petisiyanın onlayn imza bölməsi hələ də açıqdır və vətəndaşlar aşağıdakı link vasitəsilə ad, soyad və e-poçt ünvanlarını daxil edərək imza verə bilərlər:

🔗 https://c.org/TFk2TdKKzb

Təşkilatçılar bildiriblər ki, bu kollektiv təşəbbüsün məqsədi dövlət zorakılığına qarşı vətəndaş cəmiyyətinin səsini gücləndirmək və beynəlxalq insan haqları qurumlarının diqqətini Ehsan Fəridinin və digər edam cəzasına məhkum edilmiş siyasi məhbusların vəziyyətinə yönəltməkdir.

Onların sözlərinə görə, ictimai dəstəyin davam etməsi, beynəlxalq qurumlar və ictimai rəyin İran hökumətinə təzyiqini artıraraq edam hökmlərinin dayandırılması və siyasi məhbusların insan hüquqlarının qorunması üçün mühüm rol oynaya bilər.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …