Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Elçibəyin vəfatından 18 il keçdi – Video

GADTB: U gün mərhum eks president, xalq hərəkatının lideri Əbülfəz Elçibəyin anım günüdür.

Mərhum lider 22 avqust 2000-ci ildə – 63 yaşındaykən Türkiyənin Ankara şəhərində vəfat edib. Bakıda keçirilən dəfn mərasimində yüz minlərlə insan iştirak edib.

Demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Əbülfəz Elçibəyin vətənimiz qarşısında xidmətləri əvəzsizdir.

Siyasi və ictimai xidmətlərindəb başqa Əbülfəz Elçibəy klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən alimlərdən idi.  Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında bir sıra sahələrdə dəyərli və əsaslı elmi araşdırmalar aparıb.

Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri “Bu mənim taleyimdir”, “Deyirdim ki, bu quruluş dağılacaq”, “Demokratiya və azadlıq”, “Bütöv Azərbaycan yolunda”,  “Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!”, “Elçi düşüncələri” kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun “Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy”, A.Səmədoğlunun “Elçibəy və Azərbaycan”, Fazil Qəzənfəroğlunun “Əbülfəz Elçibəy. Tarixdən gələcəyə”, Ədalət Tahirzadənin “Elçi Bəy”, “Elçibəylə 13 saat üz-üzə”, “Prezident Elçibəy”, O.Məmmədovun “Elçibəy ilə birlikdə otuz il” və s. kitablarda əksini tapıb.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …

Bir cavab yazın