Bazar ertəsi , Avqust 10 2026
azfa

Erməni etirafı: İran 30 milyon Güney Azərbaycan türkündən qorxduğu üçün erməni soyqırımını tanımır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İranın Dağlıq Qarabağ və qondarma erməni soyqrımı məsələsində mövqeyi Ermənistanla eynidir. Bunu Tehranda nəşr olunan “Alik” qəzetinin baş redaktoru Derenik Məlikyan erməni saytına müsahibəsində deyib.

O deyib: “Pantürkizmin təbliğatı antiiran təbliğatı sayılır və hökumət problemləri fars manerasına uyğun olaraq sakit və təmkinlə həll edir. Azərbaycan və Türkiyəyə qarşı İran neytral siyasət yürüdür. İranın “erməni soyqrımı” və Dağlıq Qarabağ məsələsində mövqeyi Ermənistanla eynidir, amma zahirən neytral mövqe sərgiləyir. Əks təqdirdə hökumət ölkədə yaşayan 30 milyonluq türkün qəzəbinə tuş gələr”.

Derenik Məlikyan İran adlanan ölkədə yaşayan gənc erməni nəslinin kütləvi şəkildə ölkədən getməsi səbəbinə də toxunub:

“Xarici aləmlə əlaqə quran İrandakı gənc ermənilər görürlər ki, onların Amerikadakı həmyaşıdları daha azaddırlar və qadağasız həyat yaşayırlar. Ölkədən gedənlərin əksəriyyəti Amerikaya üz tutur. Lakin Donald Trampın son siyasəti nəticəsində hazırda onlar heç yerə gedə bilmirlər. Çoxları viza almaq üçün gözləyir”, – deyə Məlikyan bildirib.

Həmçinin yoxlayın

ABŞ İranın Hörmüz boğazı ilə bağlı vədlərinə etibar etmir və onları yoxlayacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens şənbə günü bildirib ki, İran ABŞ-a Hörmüz boğazından mümkün …

İsrail İrana qarşı ABŞ-dan müstəqil hərbi əməliyyata hazırlaşır

GADTB: İsrail mediasının məlumatına görə, İsrail ABŞ-ın iştirakı olmadan İran rejiminə qarşı birtərəfli hücumlar həyata …

Bir cavab yazın