Cümə , İyun 25 2021
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü münasibəti ilə bildirişi

Ermənilər hələ 1905-ci ildən Azərbaycan türklərinə qarşı bölgədə məqsədli şəkildə soyqırımlar törədiblər. Regionun forpostuna çevrilən ermənilər başda Rusiya olmaqla antitürk dövlətlərin əlində alət olaraq, onların himayəsini qazanmış və xüsusilə I Dünya müharibəsi illərində təkcə Quzey və Güney Azərbaycan ərazisi və Osmanlı ərazisində deyil, hətta Türküstanda da türk millətinə qarşı soyqırımı törətmişlər.

Azərbaycan və Türkiyə ərazisində ermənilərin türk millətinə qarşı soyqırımı törətməsinin məqsədi isə Xəzər dənizi sahillərindən Quzey və Güney Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan böyük bir ərazidə ermənilərə dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhali də türklərdən ibarət idi. Ona görə də burada yaşayan Azərbaycan türklərini qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Bunun nəticəsində isə Şərqi Anadolu və Azərbaycan ərazilərində türklərə qarşı soyqırım törədildi.

1918-ci ildə isə ermənilərin türklərin yaşadığı Osmanlı dövlətinin şərq hissəsi və Bütöv Azərbaycan (Güney və Quzey Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoyması ən yüksək həddə çatdı. Güney Azərbaycanda hələ 1918-ci ilin fevral ayının ortalarından başlanan soyqırımı mart ayında daha kəskinləşmiş və avqust ayına qədər davam etmişdir. Quzey Azərbaycanda isə mart ayı, xüsusilə mart ayının 31-i Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının pik nöqtəsi hesab edilir.

Yalnız Quzey Azərbaycanda dövlətimizin müstəqil olması nəticəsində Azərbaycan türk millətinə qarşı ermənilərin törətdiyi soyqırıma hüquqi qiymət verildi və 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü kimi rəsmiləşdi.

Ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı və işğal siyasətinin günümüzdə də davam etməsini nəzərə alan Güney Azərbaycan Demokratik Türk Birliyi Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəal olmağa çağırır.

 

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi başqanı

Həmçinin yoxlayın

Əmır Teymurun qılıncı İrəvan sər aslanı Həsən xana necə keçdı?

GADTB: Əmir Teymurun qılıncının harada olmasi ilə bağlı bir çox əfsanələr var. Böyük Tamerlanın Şərqi …

GADTB başqanı sayın Əjdər Tağızadənin Elçibəyin anım mərasimində çəxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 24 iyun-Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, …

Bir cavab yazın