Çərşənbə , Avqust 26 2026
azfa

Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyinin başqanı Əjdər Tağızadənin ölkədə baş verən hadisə ilə bağlı cənab prezidentə başsağlığı məktubu

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab prezidentim,

 

Ölkəmizin paytaxtı Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş vermiş yanğının faciəli nəticələri və çox sayda soydaşımızın həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyi, güneyli soydaşlarımız və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Azərbaycan Respublikası əhalisinin kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Sizə dərin hüznlə baş sağlığı verirəm.

Hörmətli cənab prezidentim! Azərbaycan Respublikasını öz dövlətimiz hesab edir və Sizin rəhbərliyiniz altında daha da inkişaf etməsini arzu edirəm.

 

Hörmətlə,

Əjdər Tağızadə

Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyinin Başqanı

İsveç, 3 mart 2018-ci il.

Həmçinin yoxlayın

Britaniya İran İslam Respublikasına qarşı ABŞ-ın “İqtisadi təcridetmə” kampaniyasını dəstəkləyib

GADTB: Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London ABŞ və digər tərəfdaşları ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın