Şənbə , Oktyabr 24 2026
azfa

Güney Azərbaycan şəhidlərinin adı Urmiya Qəbristanlığı satının axtarış sistemindən silinib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın 2006-cı il may tarixində milli qiyamının şəhidlərindən Fərzad Əsədpur və Eyvəz Səyyahinin adları Urmiya Qəbristanlığı satının axtarış sistemindən (http://motavafian.urmia.ir) ləğv edilib. Həmin şəhidlərimizin adının İran adlanan ölkənin təhlükəsizlik qüvvələrinin təzyiqi ilə silindiyi söylənilir.

Əldə etdiyimiz məlumata görə, Urmiyəli fəallar Güney Azərbaycan şəhidlərinin adlarının necə silindiyi məsələsini araşdırmaqla məşğuldurlar.

Qeyd edək ki, Urmiyadan olan şəhid Eyvəz Səyyahi 2006-cı il mayın 23-də Urmiyədə keçirilən etiraz aksiyalarında rejimin təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində şəhid olub. Urmiyadan olan şəhid Fərzad Əsədpur da 2006-cı il mayın 24-də keçirilən etiraz aksiyasında rejimin təhlükəsizlik qüvvələri tərəfindən vurularaq, şəhid edilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın