Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Güney Azərbaycanda “Azər Fədək” Şirkətinin işçiləri ixtisara etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda “Azər Fədək” Şirkətinin işçiləri şirkətin 350 işçisinin ixtisarına etiraz olaraq, Şərqi Azəbaycan Valiliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Şirkətinin bütün işçiləri şirkətin 350 işçinin ixtisar ediləcəyi barədə verdiyi qərara etiraz ediblər. Etirazçılar səlahiyyətli orqanların problemi həll etməsini tələb ediblər.

Şirkət fəhlələrinin nümayəndəsi “Təbriz mən” Xəbər Agentliyinin müxbirinə deyib ki, işçilərin ixtisar edilməsi ilə bağlı verilən qərarın əsas səbəbi şirkət üçün nəzərdə tutulan xammalın tam olaraq dövlət tərəfindən təmin olunmaması və istehsal müəssisəsinin tələblərinə məhəl qoyulmamasıdır.

Şərqi Azərbaycan Valiliyinin siyasi məsələlər üzrə rəsmisi Məhəmmədzadə etirazçıların qarşısına çıxaraq fəhlələrə dəstək veriləcəyini və istehsal müəssisəsinin tələblərinin təmin olunması üçün səlahiyyətli şəxslərlə danışıq aparılacağını deyib.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın