Şənbə , Oktyabr 24 2026
azfa

İran adlanan ölkə Türkiyə və Azərbaycana qrşı terroru dəstəklədiyi özü etiraf etdi

İran adlanan ölkənin Baş Qərargahının sözçüsü general-mayor Əbülfəzl Şikarçi bu üzdəniraq ölkənin türk dövlətlərinə qarşı terroru dəstəklədiyinə etiraf edərək deyib: Türkiyə Silahlı Qüvvələrinin Qəndildə PKK-ya qarşı başlatdığı əməliyyatı dəstəkləmirik.

General-mayor Əbülfəzl Şikarçi yalan bəhanələr uydurmaqla terrorçu PKK və YPG qruplarla Türkiyənin mübarizəsinə qarşı çıxdıqlarını əsaslandırmağa çalışıb: “İran İslam Respublikası hər cür terrorla mübarizə işini dəstəkləməsinə baxmayaraq, müvafiq ölkədəki qanuni hökumətin icazəsi olmadan terrorizmlə mübarizə bəhanəsi ilə üçüncü bir ölkə sərhədləri daxilində əməliyyat aparılmasını qeyri-qanuni addım olaraq qiymətləndirir”, – Şikarçi vurğulayıb.

Qeyd edək ki, Türkiyə ordusu haqlı olaraq Qəndildə terrorçu PKK/YPG qruplaşmasına qarşı əməliyyat aparır.

Həmçinin yoxlayın

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Bir cavab yazın