Çərşənbə , Sentyabr 18 2024
azfa

İran adlanan ölkədə iqtisadı çöküş dünya mətbuatında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkədə iqtisadı çöküş, rialın dəyərdən düşməsi və dollar üçün uzun sıraların yaranması barə xəbər dünya mətbuatında, o cümlədən Qərb, Rusiya və qonşu ölkələrin də mətbuatın öz əksini tapmışdır.

Türkiyə və Şimali Azərbaycanın mətbuatında İran adlanan ölkədə rialın ucuzlaşmasından sonra valyutadəyişmə məntəqələri önündə uzun növbələr yarandığı yazılıb.

“Doğan” xəbər agentliyinin isə yazdığı məlumata görə, hökumətin artan tələbi qarşılamaq üçün bazara müəyyən qədər valyuta buraxmağının heç bir fayda vermədiyi bildirilib. Hazırda ölkədə yalnız dövlətin müəyyən etdiyi miqdarda xarici valyuta almaq mümkündür. Bu miqdar isə 2 min dollardır.

Ölkədə xarici valyuta qıtlığının yaranması qara bazarı da aktivləşdirib. Qara bazarda xarici valyutanın valyuta dəyişmə məntəqələri ilə müqayisədə 7% baha olması sadə əhalinin aldıqları xarici valyutanı burada satması ilə nəticələnib.

Qeyd edək ki, bundan öncə İran adlanan ölkə ABŞ dolları ilə idxal əməliyyatlarını həyata keçirməyi qadağan edib. İran adlanan ölkədə isə rial son bir neçə həftə ərzində 20% ucuzlaşıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanda bir neçə bloqqer həbs olunub

GADTB: Ərdəbil şəhər prokurorunun müavini Mürtəza Tahirifərd dünən Ərdəbildə bir neçə bloqqerin saxlanıldığını bildirib. Onun …

Livanda İran səfirinin gözü çıxıb, Tehrana aparılır

GADTB: Peycerin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amani bir gözünü itirib, digər gözü isə …

Bir cavab yazın