İran adlanan ölkənin Quzey Azərbaycandakı layihələri bu ölkəyə təhlükə yarada bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gündən ABŞ prezidenti Donald Tramp İran adlanan ölkəyə qarşı iki mərhələli sanksiyaların bərpası haqqında qərar imzalayıb. Artıq bundan sonra İranın avtomobil sənayesinə, qızıl və digər qiymətli metal, eləcə də polad, kömür, alüminium ticarətinə, mülki aviasiya sektoruna, borc kağızlarına sanksiyalar və dollar əldə etməsinə qadağalar qüvvəyə minəcək. Sanksiyalar İranla bu sahələrdə əməkdaşlıq edəcək üçüncü ölkələrə və qurumlara da şamil olunacaq.

Ekspertlər hesab edir ki, bu sanksiyalar İranın Azərbaycandakı layihələrinə də təsirsiz ötüşməyəcək. Bu sanksiyalardan sonra İranın Azərbaycanda avtomobil zavodu inşa etmək planının icrası da sual altına düşür. Bununla yanaşı  “Şimal-Cənub” layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinin də dayanma ehtimalı var.

Siyasi şərhçi Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirib ki, sanskiyalar şübhəsiz ki, İranın maliyyə durumunu ağırlaşdıracaq. İki gün əvvəl prezident Həsən Ruhani sanksiyalara baxmayaraq İranın duruş gətirəcəyini bəyan edib.

  1. Manafov isə H. Ruhaninin fikirləri ilə razılaşmır, durumun ağır olacağını düşünür:

“Sanksiyalar, xüsusilə ABŞ-ın İrana dollar satmaqdan imtina etməsi və qonşu ölkədəki maliyyə bank və enerji sektoru ilə əməkdaşlıq edən Avropanın bəzi şirkətlərinin oradan çıxması təbii ki, İrandakı durumu qəlizləşdirəcək. Bu faktor İranın digər dövlətlərlə ticarət münasibətlərinə də, bu və ya digər formada təsir göstərəcək. Çünki İranla Azərbaycan arasında razılaşmalara görə, rəsmi Tehran həmin layihələrin gerçəkləşməsi ilə bağlı üzərinə müəyyən öhdəliklər götürmüşdü. Ancaq İranla Azərbaycan arasında birgə əməkdaşlığın, İran rəsmiləri ilə əldə edilmiş razılıqların pozulması və ya geri çəkilmə ilə bağlı hələlik rəsmi Tehranın hər hansı  mövqeyi yoxdur. Ümid edək ki, İranla Azərbaycan arasındakı həm tarixi, həm iqtisadi, həm siyasi əhəmiyyətini nəzərə alaraq Azərbaycana nəzərdə tutulan investisiyaları dondurmayacaq”.

Avropanın bir sıra tanınmış şirkətlərinin sanksiyalardan sonra İranı tərk etməsi bu ölkə üçün bir sıra problemlər yaradıb. Bununla belə politoloq hesab edir ki, İran təzyiqlərə baxmayaraq, cənub qonşumuz bu cür sanksiyalarla yaşamağa öyrəşib:

“Hər halda İran iqtisadi-maliyyə planlarını həyata keçirməklə bu sanksiyaları minumuma endirə bilər. Yəni sırf iqtisadi xarakterli təsirlər İranın ağır durumunu qısa zaman kəsiyində daha da pisləşdirməyəcək. Durumun kəskin şəkildə ağırlaşması  sanksiyaların uzun müddət tətbiq olunması nəticəsində mümkün ola bilər. Ancaq İranda dollara artıq kifayət qədər tələbat artıb. Bunun, hətta bizim üçün  müsbət mənada təsiri ondan ibarətdir ki, artıq orada  Azərbaycan manatına maraq yaranıb. İranda az qala manatı dollar səviyyəsinə qaldırıblar. Bütün hallarda tərəflər arasındakı ticarət dövriyyəsinə sözgügedən faktorlar müəyyən mənada təsirsiz ötüşməyəcək. Amma buna baxmayaraq İran Azərbaycanla əldə etmiş olduğu razılaşmaların həyata keçirilməsi istiqamətində də vahid siyasətini həyata keçirəcək. Çünki Azərbaycan İran üçün çox ciddi əhəmiyyət kəsb edən bir dövlətdir”.

cebhe.info

Həmçinin yoxlayın

Ermnistanın Sərhəddə gərginlik yaratmasının arxasında hansı plan ola bilər?

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun işğal dövründə Ermənistanın qanunsuz irəli çəkdiyi …

Surların arxasındakı yurd: Bütün yollar eyni həqiqətə aparır

GADTB: “İngilis köməyindən imtina olunmalıdır, onlar bizə mane olurlar. Təxirə salınmadan ordu hissələri Zəngəzura göndərilsin” …

Bir cavab yazın