
GADTB: İran ilə ABŞ arasında Yaxın Şərqdə davam edən yeni hərbi qarşıdurma fonunda, cümə günü, 17 iyul tarixində İranın sərbəst valyuta bazarında xarici valyutaların məzənnəsi yenidən artıb və ABŞ dollarının məzənnəsi 191 min tümənə çatıb.
Valyuta məzənnələrini dərc edən internet saytlarının məlumatına görə, avronun məzənnəsi 218 min tüməni, İngiltərə funt sterlinqinin məzənnəsi isə 256 min tüməni ötüb.
Digər tərəfdən, Bahar Azadlıq qızıl sikkəsinin qiyməti 180 milyon tümənə, İmami qızıl sikkəsinin qiyməti isə 185 milyon tümənə yüksəlib.
İyun ayının sonlarında İran ilə ABŞ arasında memorandum imzalandıqdan sonra, müharibə dövründə rekord həddə yüksəlmiş xarici valyutaların və qızılın qiymətlərində müəyyən qədər enmə müşahidə olunmuşdu.
Məlumata görə, ötən gecə ABŞ-ın İranın cənub bölgələrinə endirdiyi zərbələr zamanı bir neçə körpü və nəqliyyat marşrutu hədəfə alınıb. İran isə yayılan xəbərlərə əsasən, İraq Kürdüstanı və Küveytin enerji infrastrukturuna hücumlar həyata keçirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi