Şənbə , Oktyabr 24 2026
azfa

İranın ETTELAAT məmurları azərbaycanlı fəalın iş yerinə basqın ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT məmurları azərbaycanlı fəal Əşkan Səadətmehrin iş yerinə basqın edərək, zor tətbiq edib və komputerini aparılıb.

Noyabrın 18-də İranın təhlükəsizlik məmurları Güney Azərbaycan Urmiya şəhərində yaşayan azərbaycanlımilli-mədəni fəal Əşkan Səadətmehrin iş yerinə basqın edib və orada axtarış barədə məhkəmə hökmü göstərmədən fəala qarşı zor tətbiq edərək, onu döyüb və ağır ifadələrlə aşağılayaraq, fəalın komputerini heç bir əsas göstərmədən özləri ilə aparıblar.

Rejimin məmurları bu yolla fəallara qarşı saxta ittihamlar irəli sürüb, onları cəzalandırmaqla mədəni fəaliyyətlərinə mane olurlar.

Qeyd edək ki, Əşkan Səadətmehr bundan öncədə mədəni fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşmışdır.

Fəal iyulun 24-də, Güney Azərbaycanda etirazlarla bağlı yaxalanmışdı. Sonuncu həbs zamanı azərbaycanlı fəal rejimin məmurları tərəfindən möhkəm döyüldüyü üçün ağır bədən xəsarətləri alımş, üstündən bir neçə ay keçməsinə baxmayaraq, onun hələ də boyun nahiyəsindəki zədələr sağalmayıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …