İranın “Şərq” qəzetinin Dağlıq Qarabağın işğalına haq qazandırmasına yalnız Güney Azərbaycan millət vəkilləri və mətbuatı etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, İranın “Şərq” qəzetinin separatçı Dağlıq Qarabağ rejiminin üzdəniraq xarici işlər naziri Masis Mayilyanla müsahibəsi, eləcə də Dağlıq Qarabağ və digər Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalına haqq qazandırması ancaq Güney Azərbaycandan olan millət vəkilləri və Güney Azərbaycan mətbuatının kəskin etirazına səbəb oldu. Azərbaycan Respublikasının mətbuatı isə Azərbaycan ərazisini erməni dövləti kimi təqdim etmə faktına hələ reaksiya göstərməyib.

Təbrizdə, Urmiyada və digər Azərbaycan şəhərlərində fəaliyyət göstərən Güney Azərbaycan saytları rejimin “Şərq” qəzetinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımamasına kəskin etiraz xarakterli onlarla material dərc etmişlər. Həmçinin Güney Azerbaycanlı millət vəkilləri bu məsələyə etirazını bildirmişlər. Güney Azərbaycan saytlarından olan “Anaj” Xəbər Agentliyi son olaraq, geniş bir materialda ermənilərin müsəlmanların məscidlərini donuz və inək tövləsinə çevirməsi və s. Azərbaycan reallıqlarını əks etdirən geniç material dərc etmişdir.

Həmçinin yoxlayın

Qəzvində azərbaycanlı fəala təzyiq göstərilir

GADTB: Güney Azərbaycanın Qəzvin bölgəsinin Xurrəmdəşt bölgəsindən olan İsmayıl Xudayari Qəzvin Baş İnqilab Prokurorluğunun beşinci …

Əkbər Azadla azərbaycanlı milli fəallar Ərdəbildə görüş keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, həbs cəzasından sonra sürgünə göndərilməsi barədə qərar çıxarılan …

Bir cavab yazın