Bazar ertəsi , Oktyabr 12 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Lətif Həsəniyə yaxınları ilə görüşə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Kərəcin Rəcayişəhr zindanında həbsdə saxladığı azərbaycanlı milli-mədəni fəal dr.Lətif Həsəniyə yaxınları ilə görüşə qadağa qoyub.

Bununla bağlı rejimin prokurorluğun nümayəndəsi Həsəni ailəsi ilə danışığında iddia edib ki, guya Lətif Həsəninin yanlış davranışlarına görə bu barədə qərar verilib.

Qeyd edək ki, dr.Lətif Həsəni Təbrizdə irqçi fars rejimin İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən qondarma ittihamlarla 8 il həbs cəzasına məhkum edilib. O 6 il yarımdır cəzasını Kərəcin Rəcayişəhr zindanının 4-cü bölməsində çəkməkdədir.

Azərbaycanlı siyasi məhbus 2 ildir rejimin zindanının 10-cu zalında saxlanılan digər siyasi məhbuslarla birlikdə bütün məhbus hüququndan məhrumdur və ağır şəraitdə saxlanılır.

Dr.Lətif Həsəni 4 il əvvəldən hər 4 ayda 3-5 gün məzuniyyətə buraxılsa da, o son 15 ayda yalnız bir dəfə məzuniyyətə buraxılıb.

Həmçinin yoxlayın

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …

Dəniz blokadasının İran ticarətinə təsiri: ticarətin həcmi 34 faiz azalıb, sərhədlərdə xərclər artıb

GADTB: İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri bildirib ki, cari ilin ilk altı ayında ölkənin xarici …

Bir cavab yazın