Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi fars rejim həbs etdiyi Yusif Karini Ərdəbildə yerləşən zindanına köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbs etdiyi Yusif Karini rejimin Ərdəbildə yerləşən zindanına köçürüb

Bu barədə azərbaycanlı fəal ailəsi ilə qısa telefon əlaqəsiində məlumat verib.

Fəal sentyabrın 8-də günortadan sonra Ərdəbilin “Şam əsbi” məhəlləsində yerləşən zindanın müvəqqəti saxlanma təcridxanasına aparılıb.

Yusif Kari şərlənərək “Sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.

Azərbaycanlı fəalın ailə üzvləri məhkəməyə müraciət etdikdən sonra onun zaminə buraxılması üçün barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarının çıxarıldığını öyrəniblər. Onların sözünə görə, dosye təkmilləşdirilmədiyi üçün hakim vəsiqəni qəbul etməkdən imtina edir.

Qeyd edək ki, azərbaycanlı fəal Yusif Kari semtyabrın 3-də Ərdəbilin Şəriəti meydanında rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb.

Yusif Kari keçən il Babək Qalası və Savalan dağı mərasimlərində yaxalamıb və bir müddət sonra sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın