Çərşənbə , Avqust 12 2026
azfa

İrqçi fars rejim Məşrutə başçılarından Baqir xanın evini baxımsız buraxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim Məşrutə başçılarından olan Baqir xanın Təbrizdə evini baxımsız vəziyyətdə saxlamaqla, onun uçub-dağılmasına şərait yaradıb.

Əhalinin bildirdiyinə görə həmin ev bir əsrdən atıqdır tikilib və tarixi binadır. Lakin rejim qəsdən binanı zibilliyə çevirib. Artıq qonşular da bu acınacaqlı vəziyyətdən dilə gəlib.

Məlumata görə Baqir xan evinin ruslar tərəfindən dağıdılandan sonra həmin evdə məskunlaşmışdı.

Təbrizin 2018-ci ildə İslam Dünyasının turizm paytaxtı seçildiyi bir vaxtda bu tarixi binanın bu vəziyyətdə olması, həqiqətən də Azərbaycanın fars rejimi tərəfindən müstəmləkə edildiyinə sübutdur.

Həmçinin yoxlayın

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Molla rejimi azərbaycanlı fəal Milad Balsini məhkəməyə çağırdı

GADTB: Azərbaycanlı fəal «Milad Balsini»yə qarşı təzyiqlər davam edir. O, 18 mordad 1405-ci il tarixində …

Bir cavab yazın