Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejim Tikantəpənin türkcə yer adlarını dəyişdirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın  Tikantəpə məntəqəsinin türkcə yer adlarını dəyişdirib.

Rejimin Tikantəpə Mədəni İrs Təşkilatındakı əlaltıları Əhmədabad kəndinin İstiqsu bulağı Abgərm Əhmədabad, Hərəkətli Çəmligöl isə Çəmən motəhərrek çəmli adlandırılıb.

Rejimin Tikantəpə Mədəni İrs Təşkilatındakı əlaltıları artıq turizm bölgəsində təhrif edilmiş adlarla yeni lövhələr quraşdırıb.

Qeyd edək ki, İstiqsu bulağı Əhmədabad kəndində Təxti Süleyman (Sorğulu) kompleksinin yaxınlığında yerləşir, Çəmligöl isə kiçik bir gölməçənin ortasında hərəkət edən adadır. Bu ada külək asdikcə müxtəlif istiqamətlərə yavaşca hərəkət edir.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın