Çərşənbə , Avqust 12 2026
azfa

İrqçi fars rejimindən azərbaycanlı müğənniyə qadağa

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizdə musiqi sahəsinə nəzarət edən rəsmi sistem “mafiya” kimi rəftar edir. Bunu Güney azərbaycanlı müğənni Əli Pormehr jurnalistlərə açıqlamasında deyib.

“Mafiya mənə Təbrizdə konsert keçirməyə imkan vermir. Lakin bu, işin sonu deyil, mən icazə almaq üçün cəhd göstərəcəm”, – deyə o bildirib.

Azərbaycanlı müğənni son günlərdə Tehranda Təbrizin “Trəxtor” futbol klubu ilə Tehranın “Perspolis” komandası arasında keçirilən görüşdə “Perspolis” tərəfdarlarının Azərbaycan türklərinin ünvanına söyüşlər səsləndirməsindən narahat olduğunu və onlara cavab olaraq “Tehran türkləri” mahnısını oxuduğunu deyib.

Qeyd edək ki, Əli Pormehr Azərbaycan türkcəsində ifa etdiyi mahnılarla Azərbaycanda çoxlarının rəğbətini qazanıb.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın