Cümə axşamı , Oktyabr 29 2026
azfa

İŞİD terrorçular girov qadınları İrana aparıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iraqlı yezidi fəal Əli Hüseyn əl-Hansuri deyib ki, hələ də yüzlərlə yezidi qadın terrorçuların əsirliyindədir.

O bildirib ki, bu yaxınlarda girovluqdakı qadınlardan 4-ü İranda tapılıb:

“İranda çoxlu yezidi qadın var. Onların əksəriyyəti 2 il öncə bu ölkədə peyda olub. Fəqət, biz o qadınlar barəsində heç nə bilmirik. Bu qızlarla bağlı əhvalat yeni ortaya çıxıb. Bu əhvalatın kədərli olması beyinlərin tamamilə “yuyulmasının” nəticəsidir. Onlar islamı seçdi, öz dillərini unutdu və indi keçmişi xatırlamırlar. 5 il öncə, azyaşlı olarkən qaçırılıblar.

Mənimlə əlaqə yaradan şəxs qızların hər biri üçün 20 min dollar istədi. Hazırda o qədər pulumuz yoxdur. Qızların həyati təhlükəsindən dolayı məsələni polisə də bildirmək istəmirik”.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın