Çərşənbə , Oktyabr 28 2026
azfa

İsrail İranın 12 sepah terrorçusunu zərərsizləşdirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail qırıcıları Suriyada müsəlman əhalinin qətliamında cinayətkar Əsədə yardım edən sepah terrorçularından daha 12 nəfərini zərərsizləşdirib.

 Bu məqsədlə Suriyanın paytaxtı Dəməşqdə bir neçə məntəqəni bombalanıb.

Hücum zamanı Dəməşqin Kisva, Bağdad körpüsü və Cənubi İzra bölgələri hədəf seçilib.

AFP hava hücumu zamanı ən azı İranın 12 sepah terrorçusunun həlak olduğunu yazıb.

Bundan başqa, bölgədən şiddətli partlayış səsləri eşidildiyi bildirilib.

Bəşər Əsəd rejimi isə hücumların qarşısının alındığı haqda məlumat yayıb.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın