Şənbə , Avqust 15 2026
azfa

İsrailin müdafiə naziri yenidən İranı hədələdi

GADTB: İsrailin müdafiə naziri Yisrael Kats bəyan edib ki, İsrailin məhv edilməsini təşviq edən hər bir İran rəhbəri hədəfə alınacaq.

“The Jerusalem” Post qəzetinin yazdığına görə, Kats ABŞ və İsrailin İrana qarşı birgə həyata keçirdiyi hücumların Tehranın strateji imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdiyini və İsraili məhv olmaq təhlükəsindən xilas etdiyini iddia edib.

O, həmçinin vurğulayıb ki, İsrail özünü müdafiə etməyə hər zaman hazırdır.

İsrailin müdafiə naziri, eyni zamanda, İran İslam Respublikasının əvvəlki ali rəhbəri ilə vida mərasimində bəzi şəxslərin ABŞ Prezidenti Donald Tramp əleyhinə səsləndirdiyi şüarları da pisləyib.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …