İtaliya haqlı olaraq Çini bəşəriyyətə qarşı cinayətdə günahlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bütün bəşəriyyəti böyük fəlakət qarşısında qoyan antiinsani Çin kommunist rejimi haqlı olaraq dünya ictimaiyyəti tərəfindən bütün bəşəriyyətə qarşı cinayət törətməkdə günahlandırılır.

Bununla bağlı İtaliyanın sabiq baş naziri Matteo Salvini sosial şəbəkə hesabında yazıb ki, Çin koronavirus pandemiyasının yayılmasını ört-basdır etməyə çalışaraq insanlıq cinayəti törədib.

“Çin koronavirusla bağlı məlumatı 3 həftə gecikdirdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatına bildirib və düzgün formada çatdırmayıb. Onlar bununla insanlıq cinayəti törətmiş oldular”, – o bildirib.

Qeyd edək ki, Çin diktator və kommunist rejimi Rusiya, İran və başqa diktator rejimlər kimi yayılması zəruri olan məlumatları gizlədir. Bu səbəbdən, eləcə də dünya ictimaiyyətinə qarşı məsuliyyətsiz davranması üzündən Çin rejim bütün bəşəriyyəti böyük insanı fəlakətlə üz-üzə qoyub. Çin statistikanı o qədər geniş şəkildə gizlədib ki, indilərdə bitərəf jurnalist araşdırması Çində koronavirusdan ölənlərinin sayının bir neçə yüz dəfə az elan edildiyi sübuta yetirilib. Belə ki, artıq 8 milyondan çox insanın Çində artıq yaşamadığı və əslində öldüyünün gizlədiyildiyi üzə çıxıb. Halbuki, Çin antibəşər rejimi yalnız 3 mindən bir qədər çox insanın öldüyünü elan edib. Bununla da Çin rejimi həm dünya ictimaiyyətini aldadıb, həm də koronavirus daşıyan vətəndaşlarını bütün dünya ölkələrinə göndərməklə bəşəriyyəti misli görünməmiş fəlakətlə qarşı-qarşıya qoyub.

Çin koronasından ölənlərin yandırımaq üçün bir əraziyə toplanması

Publicerat av Ali Huseyn Fredag 27 mars 2020

Həmçinin yoxlayın

Yunandan etiraf; Türk “Anka”ları ordumuzu darmadağın edə bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yunan aparıcı İoannis Theodoratos etiraf edərək deyib ki, …

Azadlıq dalanı: azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə qrafit çəkildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbildə şəhərində azərbaycanlı siyasi məhbus Əlirza …

Bir cavab yazın