Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası təsis edilib

GADTB-nin Mətbuat Mərkəzinin Trendə istinadən yaydığı məlumata görə, ABŞ-ın Kaliforniya ştatında Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Bu ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılarının yaratdığı, bütün ştatı əhatə edən ilk təşkilatdır.

Assosiasiyanın təsis olunması dekabrın 20-də Los Anceles şəhərində keçirilən, 200-dək qonağın qatıldığı geniş tədbir vasitəsilə elan olunub. Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı Kaliforniya ştat senatorları, şəhər merləri, şəhər şuralarının üzvləri, diplomatlar, tanınmış elm xadimləri (o cümlədən Nobel mükafatçısı Arieh Uorşel), həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

Hər iki ölkənin himnləri səsləndirildikdən sonra çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Assosiasiyanın yaradılmasında əsas məqsədin Kaliforniyada yaşayan şimallı-cənublu bütün azərbaycanlıları, o cümlədən buradakı Azərbaycanın çoxlu sayda dostlarını birləşdirmək və Azərbaycan ilə Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da gücləndirmək olduğunu bildirib. Azərbaycan və Kaliforniya ştatı arasında mövcud olan dostluq əlaqələrindən danışan K.Məmmədova, bu dostluğun uzun illərdən bəri qarşılıqlı dəyərlərə və hörmətə əsaslanaraq genişləndiyini və Azərbaycan kimi Kaliforniyanın da müxtəliflik, multikulturalizm və tolerantlıq kimi dəyərlərə sahib olduğunu vurğulayıb. O qeyd edib ki, yeni təşkilat həmçinin burada fəaliyyət göstərən seçkili orqanlar, hökumət rəsmiləri və müxtəlif təşkilatlar və icmalar ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir. Təşkilatın fərdi ianələr hesabına maliyyələşəcəyini bildirən K.Məmmədova, İdarə Heyətinin üzvlərini təqdim edib və tədbirin keçirilməsinə göstərdikləri maliyyə dəstəyinə görə Azərbaycan icmasının fəalları Pəri Hovarda, Piruz Xanlıya, Əmir Allahverdiyə, eləcə də LT Scientific və Cal State HVAC şirkətlərinə təşəkkürünü bildirib.

Tədbir Azərbaycan musiqisindən nümunələrin ifası və ziyafətlə yekunlaşıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …

Bir cavab yazın