Kermanlı deputatlar Azərbaycanın bütün sərvətlərinin tamamilə farslara çatmalı olduğunu iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, uzun illər Azərbaycan Süngün Mis Mədənini talayıb aparan kermanlılar Traxtur komandasının Traxtur komandasını təhvil almasına qarşı çıxırlar. Onlar müstəmləkə baxışla Azərbaycan bütün sərvətlərinin farslara aid olduğunu iddia edirlər.

Kirman şəhərinin İran məclisindəki deputatı Məhəmmədrza Puribrahimi Azərbaycanın “Süngün” Mis Mədəni ilə bağlı qəribə açıqlama verərək deyib ki, Güney Azərbaycanın Vərziğan bölgəsindən çıxarılan misin Kirmanda emal olunduğunu, bunun bölgə ekologiyasını çirkləndirdiyini, əldə edilən gəlirlərin kirmanlı təqaüdçülərə məxsus olduğunu bildirib. O, “Traxtur” komandasına hər hansı yardımın yersiz olduğunu söyləyib.

Kermanlı deputat son günlər “Traxtur” komandasının “Süngün” Mis Mədəninin himayəsinə verilməsi barədə xəbərlərə toxunaraq bu məsələyə qarşı çıxıb.

O deyib: “Son günlər Sənaye, Mədən və Ticarət nazirinin və bir neçə millət vəkilinin iştirakı ilə keçirilən toplantıda Mis Şirkətinin mali ehtiyatlarndan bir qisminin Kirmandan xaric bir əyalətə köçürülməsi barədə razılığa gəlinib. Bu kirmanlılara xəyanətdir. Biz kirmanlıların haqqının tapdalanmasına icazə verə bilmərik”.

Rəfsəncandan olan digər fars deputat da Azərbaycanın sərvətlərindən kiçik bir hissənin Traxtur komandasına ayrılmasına qarşı çıxaraq Azərbaycan sərvətlərinin tamamilə farslar tərəfindən mənimsənilməsini tələb edib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və dr.İmbat bəy Muğlunun “Media Turk TV”-də “Paşinyan Turan birliyini dəstəklədi – İstanbulda şok açıqlama” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

NYT: “Xameneyi ölümdən qorxaraq özünə üç varis seçib”

GADTB: “The New York Times” yazır ki, İsrailin Tehrana şiddətli hücumlarından sonra İranın ali rəhbəri …