Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Litva parlamenti Krım tatarlarının sürgünü məsələsini soyqırım kimi tanıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litva parlamenti Krımın Tatar türklərinin sürgününü məsələsini soyqırım olaraq qəbul edib.

Litva xarici işlər naziri Linas Linkevicius “twitter” sosial media hesabından Krım tatarlarına 18 may 1944-cü ildə tətbiq olunan sürgünün Litva parlamentində soyqırım olaraq qəbul edildiyini bildirərək deyib:

“Litva parlamenti totalitar Stalin rejimi tərəfindən 75 il əvvəl Krım tatarlarının kütləvi şəkildə torpaqlarından çıxarılmasını soyqırım olaraq qəbul etdi. Çünki bu illərdə məcburən didərginetmə, işgəncə, xəstəlik və aclıqdan çox sayda tatar dünyasını dəyişib.

Litva Krım tatarlarının Rusiyanın 2014-cü ildə işğal etdiyi Krımda haqqlarını müdafiəyə davam edəcək.”

Parlamentdəki səsvermə zamanı 78 millət vəkilindən 77-i qərarın lehinə səs verib, biri bitərəf qalıb.

Qeyd edək ki, Rusiya Krım tatar türklərini sürgün və qətliamla soyqırıma məruz qoyub və onların vəötən Kırımı da işğal edib. Hazırda böyük və qədim bir millətin çox az sayda nüfusu qalıb və onlardan az hissəsi öz tarixi ərazilərində yaşaya bilir.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın