
GADTB: İrqqi fars-molla rejimin Silahlı Qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsinə və müharibənin idarə olunmasına cavabdeh olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü bəyan edib ki, ABŞ ordusu İrandakı infrastruktur obyektlərinə hücum edərsə, “regiondakı bütün infrastruktur darmadağın ediləcək.”
Qərargah cümə axşamı, 15 iyul tarixində yaydığı bəyanatda Hörmüz boğazını bir daha “qırmızı xətt” adlandıraraq bildirib ki, “heç bir şəraitdə və heç bir formada” ABŞ-ın Hörmüz boğazına müdaxilə etməsinə icazə verilməyəcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl bəyan etmişdi ki, İran İslam Respublikası rəsmiləri ABŞ-la razılığa gəlməsələr, gələn həftə hücumlar İranın elektrik stansiyaları və körpülərini də əhatə edəcək.
Tramp bir neçə saat sonra bu hədənin vaxtı ilə bağlı verilən suala cavab olaraq bildirib: “Mən son tarix müəyyən etməyi sevmirəm. Amma onlar vəziyyəti demək olar ki, bilirlər, hər şeydən xəbərdardırlar… Davranışlarını dəyişmələri daha yaxşı olar.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi