Çərşənbə , Avqust 26 2026
azfa

Müctəba Xameneyiyə aid edilən məktubda o, atasının qisasının alınacağı bəyan edilib

GADTB: İranın mövcud olması barədə sübut olmayan yeni rəhbəri Müctəba Xameneyinin Əli Xameneyinin vida mərasimindən sonra yaydığı yazılı mesajda atasının və son qarşıdurmalarda həlak olanların qanının qisasının alınacağı bildirilib.

Mesajda qeyd olunub ki, Əli Xameneyinin, eləcə də ABŞ və İsraillə son müharibələr zamanı həlak olan şəxslərin “tökülmüş qanının qisası alınacaq” və bu, “xalqın tələbi” kimi təqdim edilib.

Bəyanatda “Bu qisas xalqımızın tələbidir və mütləq yerinə yetiriləcək” ifadəsi yer alıb.

Məlumata görə, Müctəba Xameneyi təhlükəsizlik səbəbləri ilə Əli Xameneyinin vida və dəfn mərasimlərində iştirak etmədiyi iddia edilir.

Qeyd edək ki, dikator rejimlər öz istəklərini xalqın tələbi kimi dünyaya təqdim edirlər.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …