Cümə axşamı , İyun 25 2026
azfa

Nadir Qazipur: Urmiyanın “Şəhrdari” voleybol komandasının ləğvi rədd edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürdlərin xüsusi səyi və fitnəkarlığı, eləcə də bir neçə azərbaycanlı şəhərşurası üzvünün onlara uyması nəticəsində Urmiyanın “Şəhrdari” voleybol komandasının ləğvinə qərar verilmişdi. Lakin Azərbaycan Türk millətinin etirazı nəticəsiində hələlik məsələnin qəti olmadığı bildirilir.

Bu barədə Urmiyanın məlisdəki millət vəkili Nadir Qazipurun “Fars” xəbər agentliyinin müxbiri ilə danışığında bildirdiyinə görə, Urmiya Şəhər İcra Hakimiyyəti, Şəhər Şurasının “Şəhrdari” voleybol komandasının ləğvi ilə bağlı qərarını rədd edib.

N.Qazipur deyib: “Şəhər Şurası and içib ki, Urmiya voleybolunun belini qırsın! Bu çox təəssüfverici haldır. Xoşbəxtlikdən Şuranın “Şəhrdari” komandasının ləğvi ilə bağlı qərarı Şəhər İcra Hakimiyyəti tərəfindən rədd edilib”.

N.Qazipur həmçinin deyib “Urmiyanın bələdiyyə başqanı bayrama qədər “Şəhrdari” komandasının ləğv olunmasına icazə verməyəcəyini bildirmişdir. Bu açıqlamanın üstündən 10 gün keçməmiş Şura üzvləri komandanın ləğvi barədə qərar çıxardı. Bu məsələ Şəhər Şurasının bələdiyyə başqanına nə qədər dəyər verdiyini də göstərmiş oldu.

Mən voleybolu sevirəm və bu idmanın tərəfdariyam. Bundan əvvəl isə verilən qərarın Şəhər İcra Hakimiyyəti tərəfindən rədd ediləcəyi barədə açıqlama vermişdim”.

 

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …

Bir cavab yazın