Şənbə , Aprel 20 2024
azfa

On iki gündür aclıq aksiyası keçirən Abbas Lisaninin vəziyyətindən heç bir xəbər verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019-cu il may ayının 27-də hüquqlarının kobud şəkildə pozulması ilə bağlı Ərdəbildə rejimin zindanında aclıq aksiyasına başlayan azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti heç bir məlumat verilmir. Bu isə ciddi nigaranlığa səbəb olub.

Rejimin Ərdəbildə yerləşən məhkəməsi və zindan məsulları rejimin təhlükəsizlik qüvvələrinin təzyiqi ilə azərbaycanlı fəalın qanuni hüquqlarını təmin etməkdən imtina edir. Təknəfərlik kamerada aclıq aksiyası keçirən azərbaycanlı fəal artıq aksiyasının 12-ci günündədir. Onun vəziyyəti barəsində heç bir məlumat verilməməsi fəalın ailəsi və fəalları narahat edir.

Qeyd edək ki, Azərbaycanlı fəal mayın 27-də aclığa başlmış və mayın 28-də günortadan sonra zindanın qarantin bölməsinə köçürülmüşdü.

Azərbaycanlı fəal, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin təcrixanasına, oradan isə bu şəhərdə rejimin zindanına köçürülmüşdü.

Rejim qanunusz və qeyri-müəyyən həbslə azərbaycanlı fəalla qarşı saxta dosye hazırlayıb, onu ağır cəzalarla cəzalandırmaq istəyir.

Özü də haqsızlığa məruz qalan azərbaycanlı siyasi məhbus Hamid Allahverdipur da rejimin Lisaniyə haqsızlığına etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Azərbaycanlı fəal Abbas Lisaninin aclıq aksiyasının 3-cü günündə rejim tərəfindən Əhərdə zindana salınan azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur aclıq aksiyasına başladı və 5 gün müddətinə aclıq aksiyasına davam etdi.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın