Bazar , Yanvar 19 2025
azfa

Özbəkistanda “Azərbaycan musiqisinin inciləri” buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Özbəkistanda “Azərbaycan musiqisinin inciləri” adlı disk buraxılıb. Diskə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Aşıqsayağı”, “Arşın mal alan” operettasından qızların xoru, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamı, “Mən səni araram”, Qara Qarayevin “İldırımlı yollarla”, “Yeddi gözəl” əsərlərindən fraqmentlər, Müslüm Maqomayevin “Azərbaycan”, “Sənsiz”, Rəşid Behbudovun “Ay Laçın”, “Nazəndə sevgilim yadıma düşdü”, “Ana”, Şövkət Ələkbərovanın “Azərbaycanım”, “Axşam”, Zeynəb Xanlarovanın “Kimə nə qaldı”, “Cavanlığım”, “Sən mənimsən Qarabağ” və s. musiqi əsərləri daxil edilib.

Alim Qasımovun “Əziz dostum”, “Xatirələr”, Akif İslamzadənin “Ala gözlüm”, Flora Kərimovanın “Əzizim”, “Darıxıram sənin üçün Şuşam”, Azərinin “Çırpınırdı Qara dəniz”, Elnarə Abdullayevanın “Azərbaycanım mənim”, Mirələm Mirələmovun “Sənsiz” mahnıları musiqi incilərimiz sırasına daxil edilərək diskdə yer alıb.

Məhdud sayda hazırlanan bu disklər Özbəkistan Dövlət Konservatoriyasına, musiqi, incəsənət məktəblərinə, yeni yaradılan Azərbaycan ocaqlarına, həmçinin musiqimizi sevənlərə hədiyyə ediləcək.

Qeyd edək ki, bundan əvvəl isə AMM-in təşəbbüsü ilə SSRİ Xalq artistləri Müslüm Maqomayevin, Zeynəb Xanlarovanın, gənc xanəndə Aytən Məhərrəmovanın albomları, həmçinin “Azərbaycan muğamları” və “Azərbaycan xalq mahnıları” diskləri işıq üçü görüb və mərkəzin tədbirlərində pulsuz paylanıb.

Həmçinin yoxlayın

Türk alim Azərbaycan qəhrəmanı Babəkin məzarını tapmağa çalışır

GADTB: Türkiyənin məşhur ilahiyyatçı alimi, professor, doktor Mehmet Azimli hazırda İraqın Samirə şəhərində Xürrəmilər hərəkatının …

Molla rejimi 2 cinayətkar hakimi öldürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin edam və represiya aləti olan …

Bir cavab yazın